1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Liqası: Klublarımızın potensial rəqibləri 5-ə endi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Keşlə"nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.
Sportnet.az-ın məlumatına görə, hər 3 komanda püşkatma zamanı daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alacaq.
Vitse-çempion "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klubları olacaq.
Bürünc medalçı "Neftçi"yə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə üz-üzə gələcək.
Azərbaycan Kubokunun sahibi "Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.
Ümumilikdə 47 cütün formalaşdırılacağı I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək. Bu mərhələnin qaliblərinə növbəti raundda daha 27 komanda qoşulacaq. Nəticədə Avroliqada II təsnifat mərhələsi üçün 37 cüt formalaşdırılacaq. Oyunlar isə iyulun 26-da və avqustun 2-də keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.