Hazırlıqları davam etdirən "Xəzər Lənkəran” Lənkəranda keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, komanda bu gün əvəzedici heyəti sınağa çəkib.
Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk dövrəsini Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qolla əsas komanda qalib başa vurdu. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da, son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirdi - 2:1. İki günlük istirahət edəcək komanda oktyabrın 12-dən hazırlığın ikinci mərhələsini də Lənkəranda davam etdirəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunda evdə "Bakı" ilə görüşəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunda evdə "Bakı" ilə görüşəcək.