1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin ilk oyunun yerinin dəyişdirilmə səbəbi açıqlandı
"Qəbələ"nin Lüksemburq "Proqres"i ilə Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyununun yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.
"Qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizovun Sportnet.az-a verdiyi məlumata görə, bu barədə qərarı UEFA qəbul edib. Səbəb Avropa futbol qurumunun Lüksemburqda yalnız bir stadionun tələblərə uyğun hesab etməsidir. Həmin arena isə paytaxt Lüksemburqdakı 8125 nəfərlik "Jozi Bartel" stadionudur.
Avroliqanın I təsnifat mərhələsinin püşkünün nəticəsinə əsasən, "Proqres"lə yanaşı, "Fola Eş" və "Rasinq Yunion" komandaları da ilk görüşlərini evdə keçirməli idi. "Fola Eş" və "Rasinq Yunion"un ilk oyunlarını 10 iyul və 12 iyula təyin edən UEFA "Proqres"i Qəbələyə "yollayıb".
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlanacaq.