Avstriyada təlim-məşq toplanışına start verən "Qarabağ" ilk günü axşam məşqi ilə başa vurub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) start götürən məşq təxminən 1 saat davam edib.
Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Hazırlıq toplu çalışmalarla başa çatıb.