"Anji" klubu 2018-2019-cu illər mövsümündə Rusiya Premyer Liqasında çıxış edəcək.
Sportnet.az-ın "Teleqram" kanalına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi fəaliyyətini dayandıran "Amkar" klubunu əvəzləyəcək. Müvafiq qərar Moskvada Premyer Liqa klublarının ümumi yığıncağında qəbul olunub.
"Amkar" başa çatan mövsümdə çempionatı 13-cü pillədə başa vursa da, pley-off matçında "Tambov"u məğlub edib. Amma komanda çempionatda çıxış etmək üçün maliyyə təminatını təqdim edə bilməyib və fəaliyyətini dayandırıb.
"Anji" klubu isə Premyer Liqanı 14-cü pillədə başa vurub. Komanda pley-offda "Yenisey"ə uduzub. Lakin "Anji" reqlament şərtlərinə əməl edən yeganə komanda kimi Premyer Liqada çıxış edəcək.