"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kollektiv baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq.
"Sumqayıt" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydanında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində 2 yoxlama oyunu nəzərdə tutulub.
Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini iyulun 16-dan qonşu Türkiyədə keçirəcək. İyulun 29-dək Boluda olacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblər hələ məlum deyil.