Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Makedoniya "Şkupi"si olub. Boludakı "Topuk Yaylası Resort and Sport” otelinin meydanında oynanılan qarşılaşma flaqmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə Namik Ələskərov açıb. 86-cı dəqiqədə isə Mirabdula Abbasov yekun nəticəni müəyyənləşdirib.
"Şkupi” bu il avrokuboklarda debüt edəcək. "Qarabağ"ın sabiq futbolçusu Zakariya Ramadaninin hazırda baş məşqçi kimi çalışdığı kollektiv Avropa Liqasının I təsnifat mərhələsində Şotlandiya "Reyncers”i ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi” daha 3 yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də rəqib Rumıniyanın "Dunarya Kalaraşı”, iyulun 5-də "Politexnika” olacaq. Daha bir rəqibin adı yaxın günlərdə açıqlanacaq.
Yoxlama oyunu
18:00. "Neftçi" - "Şkupi" - 2:0
Qollar: Namik Ələskərov, 62. Mirabdulla Abbasov, 86
Bolu (Türkiyə), Topuk Yaylası
"Neftçi”: 1. Səlahət Ağayev (94. Rəşad Əzizli, 65), 5. Anton Krivostyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (4. Rəşad Eyubov, 62), 9. Baqali Dabo, 10. Dario Frederiko (22. Mirabdulla Abbasov, 55), 15. Ruslan Abışov (18. Tural Axundov, 66_) , 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 73. Nail Alışov, 70. Əli Şirinov, 51. Elçin Əsədov, 37. Vüsal Əsgərov, 36. Xəlil Bəşirov, 28. Slavko Braliç, 26. Ömər Buludov, 6. Qoran Patatski, 77. Elvin Sərkərov.