"Yeni baş məşqçi və fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Onlar İtaliyadandırlar. İtaliyalıların məşqləri necə keçdikləri hamıya məlumdur. Biz də bununla burada tanış olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yay transfer dövründə heyətinə cəlb etdiyi Baqali Dabo Türkiyənin Bolu bölgəsində keçirdikləri təlim-məşq toplanışı barədə danışarkən deyib. Topaz Premyer Liqasında 2017-2018 mövsümünün bombardiri bildirib ki, məşqlər orta yüklənmə ilə davam edir: "Məşqlərin ağır və ya yüngül keçdiyini deyə bilmərəm, çalışmalarımız orta yüklənmə ilə davam edir. Bir müddət sonra komandamız daha yaxşı formada olacaq".
Dabo komandaya uyğunlaşma prosesinin də qaydasında olduğunu vurğulayıb: "Adaptasiya prosesi mənim üçün yaxşı keçir. Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının bir çox məkanlarında onlarla tez-tez üz-üzə gəlmişik. Birgə oyunlara baxmış və ya restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu oradan tanıyıram. Ona görə də uyğunlaşma asan keçir".
Qeyd edək ki, Baqali Dabo ötən mövsüm "Qəbələ"nin heyətində vurduğu 3 qolla ən məhsuldar oyunçu sayılıb.