1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Agenti islandiyalı qapıçının "Qarabağ"a keçidini təsdiqlədi
Futbol üzrə İslandiya milli komandasının və Danimarkanın "Randers" klubunun qapıçısı Hannes Tor Haldorsson Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsinə gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "fotbolti.net"ə açıqlamasında 34 yaşlı qolkiperin agenti Olafur Qardarsson deyib. O bildirib ki, Haldorsson tibbi baxışdan sonra müqaviləyə imza atacaq. O, Ağdam klubunu tərk edən Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçi əvəzləyəcək.
Hazırda Haldorssonun "Randers"lə daha bir illik müqaviləsi qüvvədədir. Bu səbəbdən, "Qarabağ" Danimarka klubu ilə də razılığa gəlməlidir.
"Randers"in idman direktoru Soren Pedersen qapıçının taleyinə yaxın iki gün ərzində aydınlıq gələcəyini bildirib. O, Haldorssona agenti ilə birgə "Qarabağ"la danışıqlar aparmaq icazəsi verdiklərini söyləyib: "Hələlik qapıçımızın "Qarabağ"a keçəcəyini nə təsdiq, nə də təkzib edə bilərəm. Azərbaycan klubu Çempionlar Liqasında çıxış edir. Ötən mövsüm onlar "Kopenhagen"i yeniblər. Bu səbəbdən, "Qarabağ" yaxşı klubdur və Hannes yaxşı komandaya gedir".
Qeyd edək ki, Hannes Tor Haldorsson Rusiyadakı dünya çempionatında İslandiya yığmasının əsas qapıçısı olub. O, Argentina ilə ilk tur matçında Lionel Messinin penaltisini dəf edib.