Maltada "Baltsan"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Keşlə"ni 12 azarkeş dəstəkləyəcək.
Bakı klubunun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, fanatların gəlişini "Milli Dəstə" azarkeş qrupu təşkil edib. Onlardan 2-si Maltada yaşayır, qalanları isə Avropanın müxtəlif ölkələrindəndir. "Keşlə" rəhbərliyi bilet əldə edərək, tərəfdarlara təqdim edib.
Qeyd edək ki, Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək "Baltsan" - "Keşlə" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.















































































