1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"yə qarşı çox yaxşı oynaya biləcəyimizi göstərdik"
"Bakıdakı oyuna əsasən biz doğma meydanda daha sabit oynamalı və özümüzü günahlandırmamalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstan yığmasının və "Uypeşt" klubunun sabiq futbolçu Zoltan Szlezak deyib.
51 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi” ilə bu gün keçiriləcək oyun barədə danışıb: "Biz Bakıda keçirilən oyuna əsasən doğma meydanda daha sabit oynamalı və özümüzü günahlandırmamalıyıq. İlk qarşılaşmanın əvvəllərində "Neftçi"yə qarşı çox yaxşı oynaya biləcəyimizi göstərdik. Sonra isə səhvlər etdik. Lakin evdəki oyunda diqqət və intizam lazımdır. Minimum iki qol vurmalıyıq. Əminəm ki, Azərbaycan təmsilçisi çox risk etməyəcək. Əleyhimizə olan durumu yarıya endirmək yaxşı olardı."
Qeyd edək ki, bu gün keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.