"Keşlə"nin baş məşqçi vəzifəsini icra edən Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubuyla oyundan sonra mətbuat konfransı keçriib. Sportmet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə mübarizəni dayandırdıqları qarşılaşma haqda danışıb.
- Səfərdəki 3 top fərqini qaytarmaq çətin idi. Yenə də ümidimzi itirmirdik. Fikirləşirdik ki, erkən qolla dönüş edə bilərik. Tez qol vurduq, ancaq sonradan gördünüz ki, rəqib necə oyunu uzatdı. Bunu bilirdik, çünki Maltada da belə olmuşdu. Müdafiədən oynayan komandaya qarşı mübarizə aparmaq çətin idi. Cinahlardan hücumlara üstünlük verdik, iki hücumçuyla oynadıq. Təəssüf ki, mübarizəni dayandırdıq. Rəqibi təbrik edirəm.
- Vaqif Cavadovla Fuda Bayramovun ehtiyatda qalması nəylə bağlı idi?
- İlk oyundan sonra əsas heyətdə dəyişiliklər etdik.
- Yuri Maksimov da bu futbolçuların rəhbərliyin göstərişiylə göndərilməsinə işarə vurmuşdu...
- Oyunun gedişində hücumçular buraxdıq.
- Vaqif oyunu gücləndirə bilıməzdi?
- Açığı, bu gedişləri fikilərşirdim. Sonda bu qərarı verdim. Onlar komandada qalacaqlar.
- Məmməd Quliyevin kobud səhvi qırılma nöqtəsi idi ki, yoxa qatar artıq getmişdi?
- Məmməd girəndən sonra komandamız qol vurdu. Sonradan isə onun səhvi oldu və qapımızda top buraxdıq. Bu, autu yerinə yetirərkən texniki səhvi idi. Əlbəttə, bu, qırılma nöqtəsi idi. Bundan sonra 2 qol vurmaq çətin idi. Ancaq bu səhv olmasaydı, 3-cü qolu vurub mərhələ keçmək şansımız qalırdı.
- Rusiyalı hakimlərin səhvləri göz qabağında idi. Olmazdı ki, rus dilində onlarla dialoqa girərsiniz? Siz isə əksinə, futbolçularınızı sakitləşdirirdiniz...
- Yan xətt və 4-cü hakimə sözümü deyirdim. Əsas iradım qapıçının vaxt uzatmasıyla bağlı idi. Sadəcə, bizə konflikt lazım olmadığından futbolçularımızı sakitləşdirirdim.
- Klub prezidenti Zaur Axundov oyundan sonra komandaya nə dedi?
- Hamıya "sağ ol" dedi. Gördü ki, qol şanslarımız oldu. O da dedi ki, ilk oyunda səhvlərimizdən 4 qol buraxdıq və bu, həlledici oldu.
- Ümidiniz vardımı ki, bu mərhələni keçərək baş məşqçi postunda qalasınız?
- Əlbəttə. özlüyümdə fikirləşirdim ki, mərhələni keçərik və mənə gələcəkdə baş məşqçi olmaqla bağlı şans olar.