1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baltsan"ın baş məşqçisi: "Səviyyəcə bizdən üstün olduqları sirr deyil"
Maltanın "Baltsan" klubunun baş məşqçisi Marko Miçoviç Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis öncə oyun barədə fikirlərini bölüşüb:
- İlk növbədə bizə yüksək qonaqpərvərlik göstərən ”Keşlə”ni təbrik etmək istəyirəm. Maltadakı oyundan sonra bizi Bakıda nələrin gözlədiyini yaxşı bilirdik. "Keşlə”nin səviyyəsi, heyətindəki futbolçuların bacarığı bütün suallara cavab verir. Bu gün Maltadakından qat-qat yaxşı oynadılar. Belə olacağını gözləyirdik. Klub tarixində iz yazmaq istəyirdik. Çünki "Baltsan” buna qədər avrokuboklarda mərhələ adlamamışdı. Bacardığımıza görə sevinirəm. Müdafiə futbolu oynayıb, rəqibdən aşkar geri qalmağımız hesabı qorumağa görə idi.
- Səmimi deyin, "Baltsan” mərhələ adlamağa layiq idi?
- Bugünkü oyunu nəzərdə tutursunuzsa, xeyr. Amma söhbət ümumi mənzərədən gedirsə, futbolçularımın zəhmətini yerə vura bilmərəm. Çünki onlar ilk matçda inanılmaz performans göstərib, "Keşlə” kimi komandanın qapısından 4 top keçirə bilmişdilər. Və sevindirici hal həmin qolların gözəlliyindədi. Bu gün başqa nəsə edə bilməzdik. 4:1-i qorumaq üçün istənilən halda müdafiə olunmalıydıq. Rəqibi çox yaxşı tanıyıram. Vaxtilə "İnter” adlanan klubdur. Ötən yay 2 oyunda "Mladost”u qapısından 5 top keçirmişdilər. Səviyyəcə bizdən üstün olduqları sirr deyil. Amma bizi aşağılamaq da düzgün deyil. Yeri gəlmişkən, qardaşım Vladimir Miçoviç 5 il "Neftçi”nin qapısını qoruyub Branimir Subaşiç yaxın dostumdu, vaxtı ilə OFK-da rəhbərliyim altında oynayıb. Azərbaycan futbolu mənə yaxşı tanışdı, hər şeydən xəbərdaram.
- Futbolçularınız oyunboyu yerdə qalmaqla vaxtı uzadırdılar. Komandanın həkimləri bəlkə də dünya futbolunda rekord sayıla biləcək sayda meydana daxil oldular. Sizin oyun fəlsəfəniz budr, yoxsa futbolçular özləri belə edirdilər?
- Mənim oyun fəlsəfəmdə belə şeylər yoxdu. Bilmək istəyirsizsə, mən komandaların futbol oynamasının tərəfdarıyam. İlk oyunda futbol oynamışdıq, mənim fəlsəfəm odu. Amma bu gün belə davranmağa məcbur idilər. Zarafat deyil, təxminən 10 saatlıq yol qət etmişdilər. Üstəgəl, isti və bürkü hava şəraitində mübarizə aparırdılar. "Keşlə”nin hesabı erkən açması da faktdır. Bütün bunları nəzərə alanda, futbolçuların vaxtı uzatması normaldı. Mərhələ adlamaq üçün hər yola əl atırdılar.
- Sizcə, "Keşlə” ilk oyunda niyə o cür uduzdu?
- Bu sual mənə aid deyil. Yaxşı olar ki, özlərindən soruşarsınız. Bircə onu deyə bilərəm ki, çox yaxşı futbolçulara sahibdilər.