"Qəbələ" Futbol Akademiyasının yetirməsi Kamran Quliyev karyerasını Litvada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, Litvanın "Yonava" komandası gənc oyunçunu heyətinə qatıb. Bu transferi 18 yaşlı oyunçunun meneceri Vaqif Heydərli reallaşdırıb.
Qeyd edək ki, "Yonava" klubu hazırda yüksək liqada çıxış edir. "Yonava" 8 komanda arasında 14 xalla sonuncu pillədə qərarlaşıb.