
"Neftçi”nin əsas və əvəzedici komandaları yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçiriblər. Sportnet.az-ın məlumatına görə, komandalar "Türk Hava Yolları Futbol Mərkəzi”ndə qarşılaşırlar.
Görüş əsas komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə Rəşad Eyubov açıb. Bundan 3 dəqiqə sonra və 70-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Əvəedici komandadan təsəlli qolunu isə 86-cı dəqiqədə Elvin İmanlı vurub.
Əsas komanda: 1.Səlahət Ağayev, 4.Rəşad Eyubov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 26.Ömər Buludov, 28.Slavko Braliç, 93.Soni Mustivar.
Əvəzedicilər: 30.Kamran İbrahimov, 19.Elnur Suleymanov (K), 44.Seymur Əliyev, 58.Xəlil Bəşirov, 65.Xəyal Tomarov, 67.Şöhrət Yusifov, 72.Elgün Uluxanov, 77.Mirkamil Əliyev, 87.Əsgər Hüseynov, 88.İsmayıl Zülfüqarlı, 98.Elcan Hafizli.