1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Qəbələ Kuboku bir sıra özəllikləri ilə seçilir"
III Qəbələ Kubokunun açılış mərasimi nəzərdə tutulduğundan bir qədər gec start götürüb. Sportnet.az-ın məlumatına görə, bu, Qəbələdəki əlverişsiz hava şəraiti ilə əlaqədar olub.
"Qəbələ" klubunun prezidenti Tale Heydərov açılış mərasiminə qatılmayıb. Turnir iştirakçılarını və qonaqları klubun vitse-prezidenti Fariz Nəcəfov salamlayıb: "III Qəbələ Kuboku bir sıra özəllikləri ilə seçilir. Bu, ilk növbədə turnirin coğrafiyasının genişlənməsi ilə bağlıdır. İtaliyanın "Udineze", İngiltərənin "Liverpul", Avstriyanın "Rapid", Belçikanın "Anderlext" kimi güclü klubları turnirdə ilk dəfə iştirak edirlər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin "Futbolun İnkişafına dair 2005-2015-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, belə beynəlxalq turnirləri təşkil etməklə, ölkəmizdə futbolun inkişafına öz töhfəmizi vermək istəyirik. Fürsətdən istifadə edərək, əsas komandamızı da tariixində ilk dəfə medalçılar sırasına düşərək, avrokubokda iştirak hüququ əldə etməsi münasibəti ilə təbrik edirəm. İnanıram ki, qitəmiqyaslı yarışda da "Qəbələ” Azərbaycanı layiqincə təmsil edəcək".