
"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə görüşlər üçün yığmaya dəvət edilib.
Qeyd edək ki, Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.