1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən aramsız məşq
"Qəbələ” komandası "Sumqayıt"la keçirəcəyi Topaz Premyer Liqasının III tur matçının hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, avqustun 19-da II tur matçında "Neftçi”yə 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" məşqlərə ara verməyib. Oyunun ertəsi Bakıda bir araya gələn kollektivdən matçın iştirakçıları bərpa xarakterli məşqlə kifayətlənibsə, digər oyunçular toplu çalışmaları yerinə yetirib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçirilən bugünkü hazırlıq prosesi yüngül qaçışla başlayıb. "Bakı” FK-nın təlim-məşq bazasında baş tutan məşq prosesində fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu hərəkətləri icra edib.
Qeyd edək ki, "Qəbələ” – "Sumqayıt” oyunu avqustun 25-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlanacaq.