İntizam Komitəsi U-16 liqasında hakim səhvinə düzəliş edib. Sportnet.az-ın məlumatına görə, "İnter” – "Simurq” oyununda qonaqların 7 №-li futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Lakin hakim protokolda 51-ci dəqiqədə meydandan qovulan futbolçunu adını səhv qeyd edib. Referi qırmızı vərəqə alan 7 №-li futbolçu Anar Davudovun əvəzinə 11 №-li futbolçu Ceyhun Rəcəblinin adını qeyd edib. Buna görə, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
11 №-li futbolçu Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur. "Simurq” klubunun 7 №-li futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilir.
Qeyd edək ki, "İnter" - "Simurq" oyunu 11:2 hesabı ilə yekunlaşıb.