1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"da daha bir ciddi itki
"Qarabağ" klubu Moldova "Şerif"i ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl daha bir ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov bildirib.
O, ispaniyalı yarımmüdafiəçi Miçelin ən azı 15 günədək sıradan çıxdığını bildirib. 46 yaşlı mütxəssis ilk görüşdə zədəli olduğu üçün start heyətdə meydana çıxa bilməyən Abdullah Zubirin də durumuna aydınlıq gətirib. O, mərakeşli yarımmüdafiəçini "Neftçi" ilə Topaz Premyer Liqasının III tur matçında riskə atmaq istəmədiyini söyləyib: "Onu meydana buraxmağa ehtiyatlandıq. "Şerif"lə cavab görüşünə tam hazır olma ehtimalı böyükdür".
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 21:00-da başlanacaq.