1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibləri müəyyənləşdi - YENİLƏNDİ
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub.
Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub.
Püşkatmanın nəticələri:
A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr)
B qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Leyptsiq" (Almaniya), "Rusenborq" (Norveç)
C qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa) , "Slaviya" (Praqa, Çexiya)
D qrupu: "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya)
E qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "QARABAĞ" (AZƏRBAYCAN), "Vorskla" (Poltava, Ukrayna)
F qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya), "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq)
G qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya)
H qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Frankfurt, Almaniya), "Apollon" (Kipr)
I qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsborq" (Norveç)
J qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya) , "Standard" (Lyej, Belçika), "Akhisar Belediyespor" (Türkiyə)
K qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya),
L qrupu: "Çelsi" (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton" (Macarıstan)
---------------------------------------------
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək. Əvvəlki mövsümlərlə müqayisədə, indi Ağdam komandası üçüncü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqiblərindən biri daha aşağı reytinqli komanda olacaq.
Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.
Beləliklə, 48 klubun 4 səbətə bölgüsü belə aparılıb:
1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)
2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)
3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)
4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç)
Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Avropa Liqasının 2017-2018 mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizmann (hər ikisi "Atletiko", İspaniya) və Dimitri Payet ("Marsel", Fransa) mübarizə aparır.