1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibi maddi sıxıntılarla üz-üzə
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla” klubu maddi sıxntılarla üz-üzədir.
Sportnet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Poltava şəhər təmsilçisinin futbolçularına borcu var. Klub həmçinin maliyyə probleminə görə oyunçuların məvaciblərini azaldıb. Bu səbəbdən, Mladen Bartuloviç və Sergey Siminin kimi futbolçular komandadan ayrılıb.
Ukrayna təmsilçisinin maddi problemlərini qapıçısı Boqdan Şust da təsdiqləyib. 32 yaşlı qolkiper mövcud vəziyyətdə də maksimum dərəcədə çalışdıqlarını deyib: "Bizə hələ ki, heç bir ödəmə olunmayıb. Klubun futbolçulara olan borcu artıb. Bütün futbolçular yaxşı başa düşür ki, Avropa Liqasında çox vacib matçlar üçün hazırlıqlı olmaq lazımdır. Bu turnirdə özümüzü layiqincə göstərməyi bacarmalıyıq".
"Vorskla” klubunun prezidenti Roman Çernyak da məsələyə münasibət bildirib: "Komandaya heç bir sanksiya tətbiq olunmayıb. Bəli, bəzi problemlər var. Lakin onlar həll olunur və gələcəkdə də həllini tapacaq".
Qeyd edək ki, "Vorskla” 2017-2018 mövsümündə Ukrayna Premyer Liqasının bürünc medallarını qazanıb və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.