"Parma" klubunun İtaliyanı 2014-2015-ci il mövsümündə Avropa Liqasında təmsil etməsinə icazə verilməyib. Sportnet.az-ın məlumatına görə, buna komandanın UEFA lisenziyasını ala bilməməsi səbəb olub.
Daha dəqiqi, "Parma"nın 300 min avro vergidən yayındığı üzə çıxıb. Klub İtaliya Milli Olimpiya Komitəsinin məhkəməsinə apellyasiya versə də, şikayət rədd edilib. Qərara alınıb ki, Avroliqada bu komandanı "Torino" əvəzləsin. Turin komandası turnir cədvəlində sonrakı - 7-ci pilləni tutduğu üçün qitəmiqyaslı yarışa buraxılıb.