
Neftçi” komandası dörd günlük fasilədən sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqə zədəli Ruslan Abışov, həmçinin Azərbaycanın milli və U-21 yığma komandalarının düşərgəsində olan futbolçular, üzrlü səbəbdən millinin düşərgəsindən ayrılan Səlahət Ağayev qatılmayıb. Hazırlıq bu gün bir məşqlə davam edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmasının isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Flaqman həmin gün IV tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.