1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA prezidenti ÇL finalının Nyu-Yorkda keçirilmə ehtimalından danışdı
"UEFA Çempionlar Liqasının (ÇL) finalının Avropadan kənarda keçirilməsi məsələsi hazırda müzakirə edilmir”
Sportnet.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin qitənin ən nüfuzlu klub turnirinin final görüşünün ABŞ-ın Nyu-York şəhərində keçiriləcəyi ilə bağlı iddialara cavab verərkən deyib. O, qurumun hazırda belə bir niyyəti olmadığını söyləyib: "Turnirin finalını Avropa ölkələrində keçiririk. 2021-ci il finalı üçün ölkə və stadion müəyyənləşdirməmişik. Ancaq hazırda ÇL finalının Avropadan kənarda keçirilməsini müzakirə etmirik”.
Qeyd edək ki, ÇL-in finalı 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano”, 2020-ci ildə isə Türkiyənin İstanbul şəhərindəki "Atatürk Olimpiya Stadionu”nda keçiriləcək. 2019-cu il Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda oynanılacaq.