"Ağır oyun oldu. Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndir. Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları təbrik edirəm. 6 gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün matçı izləyənlər araısnda "Sportinq"in məşqçisi də var idi. Bəs "Qarabağ"dan Portuqaliyaya gedən məşqçi olacaq?
- Bilirdim ki, stadionda rəqibdən nümayəndə var. Bazar günü kubok matçı oynayırlar. Fikrimcə, oyunlarına etməyə ehtiyac olmayacaq. "Sportinq"in matçlarına baxmışam.
- Nazim Süleymanov hakimlikdən narazı qalıb...
- Həmkarımın fikrinə normal yanaşıram. Qarşılaşmada bir sıra mübahisəli epiozdlar vardı. Hər hansı mövqe açıqlaya bilmərəm. Hər oyundan sonra müxtəlif fikirlər olur. Düşünürəm ki, hələ qarşıda çox oyun var və belə müzakirələr olacaq.
- Araz Abdullayevin debüt matçında çıxışı sizi qane etdimi?
- Arazdan bu gün maksimum oyun gözləyə bilmərəm. Xeyli vaxtdır rəsmi oyun keçirmir. Sonuncu dəfə iyunda millinin heyətində Latviya yığmasına qarşı oynayıb. Abdulalyev çox ciddi hazırlaşır və əvvəlki formasını bərpa etməyə böyük istəyi var.
- Bu gün AFFA İcariyyə Komitəsinin iclasında iştirak etmədiniz. Hakimliklə bağlı çıxarılan qərarla bağlı düşüncələrinzi necədir?
- Bəli, məni dəvət etmişdilər. Ancaq oyunumuz olduğuna görə iclasda iştirak edə bilmədim. Hakimlik nə qədər İcraiyyə Komitəsində müzakirə olunsa da, mənə aid sahə deyil. Neçə ildir bu məsələ, komitələrin birləşdirilməsi müzakirə olunur. Belə praktika olub. Mənə aid olmayan sahə olduğundan, dərindən də maraqlanmamışam. Buna görə fikir səsləndirə bilmərəm. UEFA bəzən tələb edir ki, belə dəyişiklik olsun. Bu haqda informasiyam var. Dəyişikliyə normal yanaşmalıyıq.