
Slavik Alxasov "Keşlə”nin heyətində 50-ci çempionat oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yubileyi "Neftçi” ilə Topaz Premyer Liqasının IV turuna təsadüf edib. 2016-cı ildən indiki klubunda çıxış edən Alxasov 50 görüşdə 6 qol sevinci yaşayıb.
O, 2016/2017 mövsümündə 18 qarşılaşmada 1, ötən çempionatda isə 28 matçda 4 dəfə rəqib qapısına yol tapıb. 25 yaşlı futbolçu cari mövsümün 4 görüşündə də 1 dəfə fərqlənib.
Qeyd edək ki, Slavik Alxasov 1999-cu ildən çempionatın yüksək dəstəsində çıxış edən klubun tarixində 50 və daha çox oyun keçirən 42-ci futbolçudur.