
Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün IV turunun ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandasının və "Neftçi”nin qapıçısı Səlahət Ağayev ən yaxşı oyunçu seçilib.
"Keşlə”yə qarşı keçirilən və "Neftçi”nin 2-0 hesablı qələbəsi ilə başa çatan görüşdə əla təsir bağışlayan Ağayev turun ən yüksək indeksə malik olan futbolçu olub.