Topaz Premyer Liqasında V tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun sonuncu matçında "Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi bu görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Görüşdə ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub. Ağdam təmsilçinin heyətində Araz Abdullayev 45+1-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla fərqi iki topa çatdırıb. Komandanın heyətində Con Delarj 61-ci dəqiqədə fərqi daha da artırıb. Qarşılaşmada son nöqtəni isə Abdullah Zubir qoyub. Fransalı yarımmüdafiəçi 72-ci dəqiqədə fərqlənməklə darmadağında pay sahibi olub. Qonaqların heyətində isə Rasim Ramaldanov 90-cı dəqiqədə təsilli qoluna imza atıb.
Bu nətinəcədən sonra xallarının sayını 10-a yüksəldən "Qarabağ” "Sabah”la birgə 2-3-cü yerləri bölüşdürür. "Qəbələ” isə 4 xalla 6-cı yerdədir.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt” səfərdə "Keşlə”ni 2:1 hesabı ilə məğlub edib.İlk oyun günündə isə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə üstələyib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin üçüncü matçında "Keşlə” "Sumqayıt”ın qonağı olub. Qarşılaşmada hesabı 44-cü dəqiqədə Slavik Alxasovun qolu ilə meydan sahibləri açsa da, qonaqlar fasilədən sonra 47 və 67-ci dəqiqələrdə vurduqları qollarla qələbə qazanıblar. Sumqayıt təmsilçisinin heyətində Cavid Tağıyevlə Əfran İsmayılov fərqlənib.
Bu qələbə sayəsində xalını 7-yə çatdıran "Sumqayıt” "Qarabağ” və "Səbail” iləbirgə 3-5-ci yerləri bölüşür. "Keşlə” isə 1 xalla 7-ci pillədədir.
Qeyd edək ki, ilk oyun günündə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə yenib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0. Tura 20:30-da start götürəcək "Qarabağ” – "Qəbələ” görüşüilə yekun vurulacaq.
------
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə ilk qarşılaşma "ASK Arena"da "Keşlə" və "Sumqayıt" arasında təşkil olunacaq. 4 turdan sonra paytaxt klubu 1 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 4 xalla 6-cı pillədə qərarlaşıb.
Bu komandalar çempionatda 24 dəfə qarşılaşıblar. Bunlardan 12-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 7 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 36:22. "Gənclik şəhəri" təmsilçisi ardıcıl 4 çempionat oyununda rəqibinə məğlub olmayıb. "Keşlə" isə "Sumqayıt"a qarşı keçirdiyi son 3 matçda xal qazana bilməyib. Paytaxt klubu həmçinin Premyer Liqada ardıcıl 13 görüşdə meydanı qolsuz tərk etməyib.
Tura mərkəzi görüş hesab olunan "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. Hazırda Ağdam komandası 7 xalla 3-cü pillədə qərarlaşıb. Lakin klubun ehtiyatda "Zirə" ilə bir oyunu da var. "Qırmızı-qaralar" isə 4 xalla 5-cidir.
Bu komandalar Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunlardan 18-də Ağdam təmsilçisi, 10-da "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də son ölkə çempionu üstündür - 49:36. Komandalar arasında keçirilmiş 3 çempionat oyununda 1-dən çox qol vurulmayıb. "Qarabağ" rəqibinə qarşı 6 ev oyununun heç birində uduzmayıb.
Topaz Premyer Liqası, V tur
23 sentyabr (bazar)
18:30. "Keşlə” – "Sumqayıt” - 1:2
Qollar: Slavik Alxasov, 44 - Cavid Tağıyev, 47. Əfran İsmayılov, 67
Qırmızı vərəqə: Andre Klennon, 90+2 ("Keşlə")
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASK Arena”
20:30. "Qarabağ” – "Qəbələ” - 4:1
Qol: Abdullah Zubir, 30. 72 Araz Abdullayev, 45+1. Con Delarj, 61 - Rasim Ramaldanov, 90
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
"Azersun Arena”
Qeyd edək ki, ilk oyun günündə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə yenib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0.