1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qarabağ"ın rəqibi avtoqolla sevindi - VİDEO
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" klubu Ukrayna Premyer Liqasında tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, IX tur qarşılaşmasında rəqib "Zarya" olub. Poltavadakı "Vorskla" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 65-ci dəqiqədə "Vorskla"nın futbolçusu Pavel Rebyonok açıb. 70-ci dəqiqədə Aleksandr Karavayev bərabərlik qolunu vurub. 89-cu dəqiqədə meydan sahiblərindən Vyaçeslav Şarpar penaltidən yararlana bilməyib. Əvəzində 90-cı dəqiqədə "Zarya"nın oyunçusu Vasili Priyma topu öz qapısına göndərib.
Bu qələbə sayəsində xallarını 15-ə çatdıran "Vorksla" 4-cü pillədə qərarlaşıb. "Zarya" isə 12 xalla 5-cidir.
Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə oktyabrın 25-də Bakıda, noyabrın 8-də isə Poltavada üz-üzə gələcək.