1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qarabağ"la oyun ərəfəsində itki
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal” klubu futbolçu itkisi ilə üzləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos "Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.
Dizindən xəsarət alan 30 yaşlı oyunçu 39-cu dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də məhz "Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.