1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin 10-cu dublu
Mirsahib Abbasov "Zirə”nin heyətində ilk dubluna imza atıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı futbolçu Topaz Premyer Liqasının I turundan təxirə salınan "Qarabağ”la səfər matçında fərqlənib. Hücumçu 27 dəqiqəyə 2 qol vurub.
Bu, "Zirə”nin tarixində 17-ci, Premyer Liqada isə yubiley – 10-cu dubldur. Mirsahib ölkə çempionatının yüksək dəstəsində qəsəbə təmsilçisinin heyətində bir matçda 2 top vuran 7-ci futbolçudur.
Onadək Nelson Bonilya 3, Təmkin Xəlilzadə 2, Sezar Meza Kolli, Gerhard Proqni, Vüsal İsgəndərli və Luis Alberto Diez hərəyə 1 dubla sevinib.
"Qartallar”ın heyətində ən çox dublun müəllifi olan Bonilya həm də ilk belə hadisənin müəllifidir. İlk dubl 2015-ci oktyabrın 28-də "Kəpəz”lə görüşdə (2:2) qeydə alınıb.
Amma bu oyunçulardan yalnız ikisi – Luis və Vüsal meydana sonradan daxil olub və rəqib qapısına 2 top vurub. Bir sözlə, Mirsahib klubun Premyer Liqa tarixində start heyətində yer almayan, amma dubl edən 3-cü futbolçudur.