İspaniya La Liqasının VII turunda "Real Madrid" və "Atletiko" klubları arasında paytaxt derbisi keçirilib.
Sportnet.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb. Baş hakim Xuan Munuera futbolçulara 6 sarı vərəqə göstərib. "Kral klubu"nun hücumçusu Qaret Beyl isə zədələnərək, ilk yarıdan sonra əvəzlənib. O, oktyabrın 2-də Rusiya MOİK-i ilə Çempionlar Liqasının II tur matçını buraxa bilər.
Bu nəticədən sonra "Real Madrid" 14 xalla 2-ci pillədə qalıb və "Atletik"lə 1:1 hesablı heç-heçə edən eyni xala malik lider "Barselona"nı keçə bilməyib. "Atletiko" isə 12 xalla 4-cüdür.