"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" klubu Portuqaliya Primeyrasında VI tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Maritimu" olub. Lissabondakı "Joze Alvalade" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 12-ci dəqiqədə penaltidən Brunu Fernandeş, 35-ci dəqiqədə Fredi Montero vurub.
Bununla da xallarını 13-ə çatdıran "Sportinq" 4-cü pilləyə yüksəlib. 10 xala malik "Maritimu" isə 6-cıdır.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın ilk tur matçında "Sportinq"ə elə "Joze Alvalade" stadionunda 0:2 hesabı ilə uduzub. İki komanda arasında Bakı Olimpiya Stadionundakı görüş noyabrın 29-da olacaq.