"III Qəbələ Kuboku”nun qrup mərhələsini 6 xalla başa vuraraq, yarımfinala yüksələn Avstriya "Rapid”inin baş məşqisi Mohammed Akagündüz jurnalistlər üçün brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, türkiyəli mütəxəssis turniri qələbə ilə başa vurmaq iddiasını ortaya qoyub.
- Əvvəlcə turnir haqqında fikirlərinizi bildirərdiniz...
- Doğrudan da buradakı şəraitə heyran qaldım. Meydançalar da, şərait də ən yüksək səviyyədədir. Komandamız yarımfinala vəsiqə əldə etdi və bu, məni sevindirməyə bilməz.
- Azərbaycan klublarının oyunlarını izlədinizmi?
- Maraqlı komandalarınız var. Şəxsi qənaətimdir ki, "Qəbələ” "Neftçi”dən daha hazırlıqlı görünür. Elə əldə etdikləri nəticələr də bunu göstərir.
- Yarımfinalda "Fənərbağça” ilə qarşılaşa bilərsiniz. Həmvətənlərinizə qarşı oyuna xüsusi motivasiya ilə çıxacaqsınızmı?
- Təqribən 10 gün öncə başqa bir beynəlxalq turnirdə iştirak edirdik. Həmin yarışda "Qalatasaray”ı məğlub etdik. "Qalatasaray”ı udmuşuqsa, "Fənər”i də məğlub edə bilərik.