
UEFA Millətlər Liqasında Ermənistan və Cəbəllütariq yığmaları arasındakı oyundan sonra İrəvan stadionunda kütləvi dava olub.
Sportnet.az xəbər verir ki, dava müxtəlif fan-qrupların üzvləri arasında qeydə alınıb.
Qarşıdurmaya matç bitdikdən sonra azarkeşlərdən birinin Cəbəllütariq yığmasını təbrik etməsi səbəb olub.
Qeyd edək ki, Ermənistan D Liqasında 3-cü tur matçında 0:1 hesablı məğlubiyyətə uğrayıb.