1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" "Vorskla"nı tarixə saldı
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ”la səfər görüşündə əldə edilən 1:0 hesablı qələbə Ukraynanın "Vorskla” klubunun tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, bu, Poltava təmsilçisinin yarışın qrup mərhələsində ilk qalibiyyətini əldə edib. Bunadək komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika "Standard”ı (0:0) və Danimarka "Kopenhagen”i (1:1) ilə görüşlərdə heç-heçə ediblər.
Cari mövsümdə isə "Vorskla” İngiltərədə "Arsenal”a 2:4, evdə isə Portuqaliya "Sportinq”inə 1:2 hesabı ilə uduzub.
Poltavalılar "Qarabağ”la görüşədək avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın "Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.
Qeyd edək ki, 2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutan "Vorskla” tarixində 7-ci dəfə avrokubokda iştirak edir.