
ngiltərənin "Tottenhem" klubu futbolçusu Dele Alli ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin 22 yaşlı yarımmüdafiəçisi London təmsilçisi ilə 2024-cü ilə qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, Dele Alli 2015-ci ilin fevralında İngiltərənin "Milton Kins Dons" klubundan 5 milyon avro qarşılığında "Tottenhem"ə transfer olunub. Həmin vaxt onunla 5,5 illik müqavilə bağlanılıb.