"Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını başa vurub.
Sportnet.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, "ASK Arena”da baş tutacaq "Keşlə” – "Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.