"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub. 44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-a kimi komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.







































































