Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin Qazaxıstan "Kayrat"ının heyətində vida oyununu keçirib. 
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub. Görüş qolsuz yekunlaşıb - 0:0. "Kayrat" çempionatı ikinci pillə başa vurub. Arşavinin isə klubla müqaviləsi yekunlaşıb. O, başqa kluba keçməyəcəyini açıqlayıb.  
Qeyd edək ki, Andrey Arşavin 2016-cı ildən "Kayrat" formasını geyinib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub. 
Arşavin Almatı komandasında 2 dəfə Qazaxıstan çempionatının gümüş medallarını, habelə, ölkə kuboku və superkubok əldə edib. 









                 




    
    
    
    
    
    
    
    
    


























































