1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vorskla"ya daha bir zərbə
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" komandası Ukrayna Premyer Liqasında XV tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Poltava təmsilçisi evdə Donetsk "Şaxtyor"unu qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 19-cu dəqiqədə Velinqton Nem açıb. 41-ci dəqiqədə isə Maykon yekun nəticəni müəyyənləşdirib. Donetsk klubu böyük hesablı qələbəyə də yaxın olub. Lakin 71-ci dəqiqədə Moraesin penalti zərbəsini "Vorskla"nın qapıçısı Boqdan Şust dəf edib.
Bu nəticədən sonra "Vorskla" 24 xalla 4-cü pillədə qalıb. "Şaxtyor" isə 40 xalla liderliyini möhkəmlədib. "Mariupol"u evdə 4:0 hesabı ilə darmadağın edən Kiyev "Dinamo"su 32 xalla 2-ci, səfərdə "Arsenal"a 3:0 hesabı ilə qalib gələn "Aleksandriya" 30 xalla 3-cüdür.
Qeyd edək ki, "Vorskla" noyabrın 8-də evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Oktyabrın 25-də Bakıda keçirilmiş qarşılaşmada isə Poltava komandası eyni hesabla qalib gəlib.