"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"inin sabiq futbolçuları kluba dəstək olublar.
Sportnet.az "Football-Espana"ya istinadən xəbər verir ki, vaxtilə Lissabon təmsilçisində çıxış etmiş Uilyam Karvalyu və Ruy Patrisiu komandaya maddi dəstək olublar. Oyunçular bunu sosial şəbəkə vasitəsi ilə bildirməklə yanaşı, digər sabiq futbolçular və azarkeşləri də eyni addımı atmağa çağırıblar. Patrisiu və Karvalyu azarkeşlərin futbolçulara hücum etməsindən sonra komandadan ayrılmaq qərarına gəlmişdilər.
Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabondakı qarşılaşmada qələbə qazanıb - 2:0. Komandalar noyabrın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlayacaq.