"Neftçi” Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, "Səbail”lə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, dekabrın 1-də "Əlincə Arena”da keçiriləcək "Sabah” – "Neftçi” oyunu saat 16:30-da başlanacaq.