1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağayev "Neftçi"dən danışdı, millidən yox
"Qalib gəlsək də, çətin görüş alındı. Rəqibdən bu cür oyun gözləyirdik. Lakin istədiyimiz futbolu sərgiləyib, qələbə qazanmağı bacardıq”.
Sportnet.az xəbər verir ki, bunu "Report”a "Neftçi”nin qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının XII turunda "Səbail”i səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Ağayevin fikrincə, "ağ-qaralar”ın cari mövsümdə uğurlu çıxışının səbəbi komandada olan birlik və yaxşı futbolçuların bir araya gəlməsidir: "Yaxşı heyətə malikik. Ən önəmlisi, "Neftçi”də birlik-bərabərlik var. Əsas səbəb budur. Bu da nəticələrdə öz əskini tapır. Oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırıq. Hələ mövsümün başa çatmasına çox var. Hər matça qələbə üçün çıxırıq”.
27 yaşlı qolkiper matçın 52-ci dəqiqəsində "Səbail”in qapısına təyin edilən penalti epizoduna meydan sahiblərinin futbolçularının etiraz etməsinə də münasibət bildirib: "Həmin epizod məndən çox uzaqda idi, dəqiq bir söz deməkdə çətinlik çəkirəm. Futbolda hər zaman belə olur – qapısına penalti təyin edilən komandanın oyunçuları referiyə etiraz edir”.
Ağayev 89-cu dəqiqədə oyunun bərpasını ləngitdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Lakin o, qərarla razılşmadığını söyləyib: "Həmin epizodda niyyətim vaxt uzatmaq deyildi. Sadəcə, topu mərkəzə çəkib, oyuna daxil etmək istəyirdim. Təəssüf ki, referi bunu fərqli dəyərləndirdi və "sarı” verdi”.
"Neftçi” dekabrın 1-də XIII tur çərçivəsində "Sabah”ın qonağı olacaq. Qolkiper komandasını daha bir çətin görüşün gözlədiyini bildirib: "Bayaq da söylədim, heç bir görüş asan olmur. "Sabah” debütant sayılsa da, 4-cü pillədədir. Ötən tur "Qarabağ”la 1:1 hesablı heç-heçə ediblər. Bu görüşdə də müsbət nəticə üçün əlimizdən gələni edəcəyik”.
Lakin Ağayev üzvü olduğu Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya 4 cavabsız qolla məğlub olması və bu görüşdən sonra komanda ətrafında gəzən söz-söhbətlər barədə danışmaq istədmədiyini deyib.
Qeyd edək ki, "Səbail" üzərində qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" liderliyini daha da möhkəmləndirib.