1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Halldorsson: "Qəhrəman olmaq barədə düşünmürəm"
"Bu, bizim üçün çox önəmli oyundur. Qalib gəlsək, növbəti mərhələ şansımızı saxlamış olacağıq. Belə möhtəşəm stadionda oynamaq xoşdur".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Hannes Halldorsson Portuqaliya "Sportinq"i ilə keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib. 34 yaşlı qolkiper bildirib ki, komandasının qrupdan çıxması mümkündür: "Futbolda hər şey baş verir. Qələbə qazansaq, böyük addım atmış olacağıq. Qarşıda iki matç var. Yəni, şansımız da var".
İslandiyalı oyunçu "Sportinq"lə qarşılaşmanın qəhrəmanı ola bilərsinizmi?" sualını isə belə cavablandırıb: "Qəhrəman olmaq üçün ilk növbədə, məşqlərdə çalışmalısan. Əsas odur ki, öz işini doğru görəsən, nəticə müsbət olsun. Qəhrəman olmaq barədə düşünmürəm. Bunun fərqi yoxdur".
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də başlayacaq.