1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Simeon Slavçev: "Bu hesab məni xeyli məyus etdi"
"Həqiqətən nə deyəcəyimi bilmirəm. Bu, bizim üçün çox ağır məğlubiyyətdir. Rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Sportinq"ə səfərdə 0:2, "Arsenal"a isə evdə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Sizcə, bu, sadəcə rəqibin texniki göstəricilərinin yüksək olmasına görə idi?
- Mən bayaq da dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma nəyə görəsə hesab belə oldu.
- Bu gün Siz keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?
- Köhnə dostlarımdan bir neçəsini gördüm. Özüm üçün onları görmək yaxşı oldu. Lakin komandamızın bu hesabla məğlub olması məni xeyli məyus etdi. Bizim üçün çox pis gün oldu. Biz növbəti matçda inkişaf etməli, oyunun bütün aspektlərdə daha yaxşı oynamalıyıq.
- İngiltərədə "Arsenal"la görüşə hansı psixologiya ilə gedəcəksiniz və nəyə ümid edəcəksiniz?
- Çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.