Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduğu üçün Azərbaycanın aktivinə yeni xallar yazdıra bilməyib. Hazırda 19,000 xala malik Azərbaycan yenə 26-cı pillədə qərarlaşıb. "Astana" da Ukraynanın "Dinamo" (Kiyev) komandasına uduzduğundan (0:1), Qazaxıstan 19,250 xalla Polşa ilə birgə 24-25-ci pillələri bölüşür. Amma Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.
Son turda "Qarabağ" İngiltərədə "Arsenal"la qarşılaşacağından, Azərbaycanın ən azı Polşanı keçməsi real görünmür.