1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Azərbaycanla görüşlər çətin olacaq"
"Eyni qrupda yer almağımızı istədiyim hansısa rəqib yoxdur. Bunun müqabilində, İspaniya və Almaniya ilə düşməməyimiz yaxşı haldır”.
Sportnet.az xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən Slovakiya yığmasının futbolçusu Adam Zrelyak püşkü dəyərləndirərkən deyib.
Almaniyanın "Nürnberq” klubunun formasını geyinən 24 yaşlı hücumçu Slovakiya Futbol İttifaqının rəsmi saytına açıqlamasında çətin və balanslaşdırılmış qrupda yer aldıqlarını söyləyib. Onun sözlərinə görə, Xorvatiya ilə matçlar asan keçməyəcək: "Uels və Macarıstana, eləcə də Azərbaycana qarşı da çətin görüşlər olacaq. Bu, maraqlı, çətin və balanslaşdırılmış qrupdur. Hər bir qarşılaşma həlledici olacaq. Uğur qazanacağımıza inanıram”.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək.