1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
AFFA klublara vaxt qoydu
Azərbaycanın futbol klublarının illik maliyyə hesabatını açıqlayacaqları tarix bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a açıqlamasında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib. O deyib ki, klublar bunu 2019/2020 mövsümü üçün lisenziyalaşdırma prosesinin sonunda – gələn il martın ortalarına qədər etməlidirlər: "Klublar özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə illik maliyyə hesabatlarını açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir. Klublar gələn ilin martında 2018-ci ilin hesabatını təqdim etməlidirlər”.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, hesabatın hansı meyarlar üzrə olacağı hələlik dəqiqləşməyib. S.Hacıyev bununla bağlı UEFA-dan məlumat gözlədiklərini söyləyib: "Hesabatda konkret nələrin göstərilməli olduğu dəqiqləşməyib. Məsələn, konkret olaraq əmək haqqlarının göstərilməli olduğunu bilmirik. Bununla bağlı UEFA-dan məktub gözləyirik. Həmin meyarlar bizə təqdim edildikdən sonra AFFA İcraiyyə Komitəsinin bu ay üçün nəzərdə tutulan iclasında təsdiqlənməlidir”.
Qeyd edək ki, Klublar Komitəsinin dekabrın 4-də baş tutan iclasında illik maliyyə hesabatının açıqlanması məsələsi də müzakirə olunub.